Digər

Ərdoğan Mirziyayevi COP31-ə dəvət etdi

24 Jul 2026, 19:02 3 baxış
Ərdoğan Mirziyayevi COP31-ə dəvət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şövkət Mirziyayev arasında telefon danışığı baş tutub.


Axar.az “TRT Haber”ə istinadən xəbər verir ki, liderlər ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.


Ərdoğan iki ölkə arasında əməkdaşlığın gündən-günə dərinləşdiyini vurğulayıb.


Söhbət zamanı Türkiyə Prezidenti Şövkət Mirziyayevi noyabrın 11-12-də Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) dəvət edib, eyni zamanda, onu doğum günü münasibətilə təbrik edib.

Mənbə axar.az

Oxşar Xəbərlər