Digər

Putin və Szinpin mənə söz verdi ki... - Tramp

24 Jul 2026, 20:07 2 baxış
Putin və Szinpin mənə söz verdi ki... - Tramp

Çin Sədri Si Szinpin və Rusiya Prezidenti Vladimir Putin İrana silah tədarük etmək planlarının olmadığı barədə məni əmin ediblər.


Axar.az xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp deyib.


D.Trampın sözlərinə görə, Pekindəki son görüş zamanı Si Szinpin ona heç bir halda İrana silah tədarük etməyəcəyini və ya satmayacağını bildirib.


Ağ Ev rəhbəri eyni zamanda qeyd edib ki, oxşar təminatları Rusiya Prezidenti Vladimir Putindən də alıb.

Mənbə axar.az

Oxşar Xəbərlər