Digər

ABŞ-dan azərbaycanlı iş adamı ilə bağlı qərar...

24 Jul 2026, 20:29 1 baxış
ABŞ-dan azərbaycanlı iş adamı ilə bağlı qərar...

Vaşinqton İranla bağlı daha bir neçə şəxs və qurumu qara siyahıya salmaq qərarına gəlib və bunların hamısı azərbaycanlı iş adamı Babək Zəncani ilə əlaqəlidir.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.


Bildirilib ki, doqquz şirkət və dörd şəxs Vaşinqtonun yeni məhdudiyyətlərinə məruz qalıb. Onların hamısı müəyyən mənada iş adamı Babək Zəncani ilə əlaqəlidir.


Maliyyə Nazirliyi qərarın mövcud ABŞ sanksiyalarından yayınmaq üçün aşkar edilmiş cəhdlər səbəbindən verildiyini açıqlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər