Digər
İrandan növbəti açıqlama: Öldürülən hər bir iranlı üçün...
İran Silahlı Qüvvələri ABŞ zərbələri ilə öldürülən hər bir iranlı üçün bir amerikalı hərbçini məhv edəcək.
Axar.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının rəisi Əli Abdullahi deyib.
“Şəhid olan hər bir İran İslam Respublikasının vətəndaşı üçün bir amerikalı hərbçi öldürüləcək", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ-İran münaqişəsinin növbəti eskalasiyası iyulun 8-də başlayıb.
Mənbə
axar.az