İqtisadiyyat

Hesablama Palatası I yarımildə 160 milyon manatdan çox nöqsan aşkarlayıb

24 Jul 2026, 21:00 1 baxış
Hesablama Palatası I yarımildə 160 milyon manatdan çox nöqsan aşkarlayıb
Hesablama Palatası bu ilin I birinici yarımilində fəaliyyətinin əsas nəticələrini açıqlayıb. Oxu.Az quruma istinadən xəbər verir ki, aparılan tədbirlər zamanı ümumilikdə 160.3 milyon manat məbləğində nöqsan aşkarlanıb. Belə ki, 35 milyon manatın bərpası barədə qərar qəbul edilib, 14.8 milyon manatlıq material isə hüquq-mühafizə orqanlarına göndərilib. Digər nöqsanların məbləği isə 110.5 milyon manat müəyyənləşmişdi. Hesabat dövründə 33 nəzarət tədbiri həyata keçirib. Bunlardan 20-si uyğunluq auditi, 2-si maliyyə auditi, 8-i səmərəlilik auditi, 3-ü isə analitik fəaliyyət olub. Nəzarət tədbirləri təhsil, əsaslı vəsait qoyuluşu, ümumi dövlət xidmətləri, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, eləcə də sosial müdafiə sahələrinə aid edilib. Strateji plan üzrə tədbirlərin icrası ilə bağlı göstərici isə 90.7% təşkil edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər