Rusiya Hindistana neft verir, əvəzində benzin alır
Rusiya Hindistandan yanacaq almağa başlayıb.
Axar.az xəbər verir ki, “Faynenşl Tayms” qəzetinin məlumatına görə, Ukrayna dronları Rusiyanın ən böyük neft emalı zavodlarından bəzilərini dağıdıb və daxili emal gücü təxminən 40% azalıb.
“Kpler” analitik şirkətinin məlumatlarına görə, Hindistanın “Vadinar” neft emalı zavodunda istehsal olunan 42.000 ton benzin daşıyan tankerin bazar günü Rusiyanın şimalındakı “Ağ dəniz” neft terminalına çatması planlaşdırılır.
“Vadinar” Hindistanın “Nayara Energy” şirkətinə məxsusdur və “Rosneft” şirkətinin də burada 49% payı var.
Bildirilib ki, 2026-cı ildə “Vadinar" neft emalı zavodunda emal edilən neftin 90%-dən çoxu Rusiyadan gəlib. Beləliklə, 2022-ci ildən bəri əsas idxalçıya çevrilən ölkədə emal olunan neft geriyə - Rusiyaya qayıdır.