Dünya

BMW ABŞ-də yüzminlərlə avtomobilini geri çağırır - ŞOK SƏBƏB

24 Jul 2026, 08:34 3 baxış
BMW ABŞ-də yüzminlərlə avtomobilini geri çağırır - ŞOK SƏBƏB
BMW şirkəti mühərrik starterinin həddindən artıq qızması və bunun da yanğına səbəb ola biləcəyi təhlükəsi ilə əlaqədar ABŞ-də 318 495 avtomobilini geri çağırır. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ-nin Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb. Geriçağırma kampaniyasına bir neçə BMW modeli, o cümlədən 3 və 4 seriyaları, "X3" və "X4" krossoverləri, eləcə də BMW ilə ortaq platformada yığılmış "Toyota Supra" daxildir. Qeyd olunan kampaniya çərçivəsində rəsmi dilerlər qüsurlu olan bütün avtomobillərdəki starterləri tamamilə pulsuz şəkildə yeniləri ilə əvəz edəcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər