Digər
ABŞ İrana məxsus bu hədəfləri vurdu
ABŞ İranda hərbi hədəflərə zərbələr endirməyi başa çatdırdığını açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X hesabında məlumat yayıb.
"Mərkəzi Komandanlıq qüvvələri İrana qarşı ardıcıl 13-cü gecə endirdiyi zərbələri başa çatdırıb", - məlumatda bildirilir.
Hücumların hədəfləri komanda məntəqələri, pilotsuz təyyarələrin saxlanma yerləri, sahil müşahidə yerləri və dəniz qüvvələrinin mərkəzləri olub.
Mənbə
axar.az