Dünya
ABŞ ordusu İrana növbəti zərbələr endirib - Ölənlər var
ABŞ-nin İranın qərbində yerləşən Xuzistan əyalətinin Əhvaz şəhərinə endirdiyi zərbələr nəticəsində azı 4 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb. Oxu.Az bildirir ki, bu barədə "Tasnim" agentliyi xəbər yayıb. Yaralananların vəziyyəti barədə məlumat verilməyib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisindəki hədəflərə növbəti gecə zərbələrinin endirildiyini açıqlayıb. Son hücumdan əvvəl İran Səhiyyə Nazirliyinin rəsmisi Hüseyn Kermanpur ABŞ-nin yeni zərbələr dalğası nəticəsində 55 nəfərin həlak olduğunu açıqlamışdı. ABŞ ordusu yenidən İran ərazisinə zərbələr endirməyə başlayıb. Oxu.Az-ın xəbər verir ki, görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Bildirilib ki, ABŞ silahlı qüvvələri gecə saatlarında İranın hərbi obyektlərini növbəti dəfə bombalayıb. Bu, ardıcıl 13-cü gecə zərbələrdir. İran mediasının məlumatına görə, Bəndər-Abbas, Omidiyyə, Əhvaz şəhərlərində, Xürrəmabadın cənub hissəsində, Xondab şəhəri ətrafında, həmçinin Keşm adasının cənub sahillərində bir sıra partlayışlar baş verib. Bundan əlavə, Konarak şəhərində də partlayış səslərinin eşidildiyi qeyd olunub. Hadisənin təfərrüatları və dəymiş ziyan barədə hələlik rəsmi açıqlama yoxdur. "Tasnim" agentliyi isə məlumat yayıb ki, Xuzistan əyalətinin administrasiyası ABŞ tərəfindən Xürrəmabada raket zərbələrinin endirilməsi ilə bağlı xəbərləri təkzib edib.
Mənbə
oxu.az