Digər

Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

23 Jul 2026, 21:29 2 baxış
Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edən qətnaməni təsdiqləyib.


Axar.az xəbər verir ki, qətnamənin lehinə 214, əleyhinə 208 konqresmen səs verib.


Təşəbbüsü hakim Respublikaçılar Partiyasından olan 4 deputat da dəstəkləyib.


Qeyd edək ki, qətnamə ABŞ administrasiyası üçün məcburi deyil və tövsiyə xarakteri daşıyır. Bu cür sənədlərdə qanunvericilər öz mövqelərini ifadə edirlər və Amerika administrasiyasının onları görməzlikdən gəlmək hüququ var.

Mənbə axar.az

Oxşar Xəbərlər