Dünya
Ağ Evdən həyəcan siqnalı: Tramp hücum variantını masaya qoydu
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrana kütləvi zərbə endirmək imkanını nəzərdən keçirdiyini bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə o, "Axios"a verdiyi müsahibədə bildirib. * ABŞ-nin hücumundan sonra İran yeni ölkəni hədələdi * Trampa gözlənilməz zərbə: ABŞ Nümayəndələr Palatası İrana görə hərəkətə keçdi * WSJ: ABŞ İrana qarşı əməliyyatı genişləndirməyə hazırlaşır Tramp dəqiqləşdirib ki, belə bir qərarı qəbul etməyə çox yaxındır. "Mən əvvəllər heç vaxt olmadığı qədər böyük miqyasda kütləvi hücum imkanını nəzərdən keçirirəm. Qərar qəbul etməyə çox yaxınam. Hər birimiz buna hazırıq", - deyə ABŞ prezidenti vurğulayıb. Ağ Ev rəhbərinin sözlərinə görə, əgər o xahiş edərsə, İsrail "iki dəqiqə ərzində" yeni hücumlar üçün qoşulacaq. Lakin Tramp əlavə edib ki, yeni əməliyyatlar üçün ABŞ-nin heç kimə ehtiyacı yoxdur.
Mənbə
oxu.az