Digər

Quql 1 milyard dollara yaxın cərimə edildi

23 Jul 2026, 22:14 1 baxış
Quql 1 milyard dollara yaxın cərimə edildi

Avropa Komissiyası Rəqəmsal Bazarlar Aktının (DMA) tələblərini pozduğuna görə Quql şirkətini ümumilikdə 890 milyon avro (təxminən 1 milyard ABŞ dolları) məbləğində cərimələyib.


Axar.az xəbər verir ki, Avropa Komissiyasının məlumatına görə, 460 milyon avro məbləğində ilk cərimə Quqlun axtarış nəticələrində öz xidmətlərinə üstünlük verməsi ilə bağlıdır. Şirkətin onlayn alış-veriş, hotellər, nəqliyyat və idman sahələrində öz xidmətlərini rəqiblərindən yuxarı sıralarda göstərdiyi müəyyən edilib.


430 milyon avro məbləğində ikinci cərimə isə Quql Pley tətbiq mağazası ilə əlaqədardır. Tənzimləyici qurum müəyyən edib ki, şirkət tətbiq tərtibatçılarının istifadəçiləri platformadan kənarda rəqəmsal məhsul və xidmətlərin alınmasının alternativ üsulları barədə məlumatlandırmaq imkanlarını məhdudlaşdırıb.


Avropa Komissiyası Quqla aşkar edilmiş pozuntuları 60 gün ərzində aradan qaldırmağı tapşırıb. Əks təqdirdə, şirkət qlobal illik dövriyyəsinin 5 faizinədək həcmində əlavə cərimələrlə üzləşə bilər.

Mənbə axar.az

Oxşar Xəbərlər