Digər

Elnarə Abdullayevaya ağır itki

22 Jul 2026, 10:00 4 baxış
Elnarə Abdullayevaya ağır itki

Əməkdar artist Elnarə Abdullayevanın qardaşı dünyasını dəyişib.


Kult.az xəbər verir ki, bu barədə Elnarə Abdullayeva sosial şəbəkə hesabında yazıb.


O, kədərini bu sözlərlə ifadə edib:


“Bəzən insan elə bir itki yaşayır ki, onu heç bir söz ifadə edə bilmir. Bu gün mən də həyatımın ən ağır acılarından birini yaşayıram. Gözümün nuru, canım qardaşım Yaqub bu dünyadan köçdü.


Sənin yoxluğunu qəbul etmək çox ağırdır. Gülüşün, səsin, varlığın hər zaman qəlbimdə yaşayacaq. Kaş ki, zaman geri dönəydi, səni bir dəfə də olsun qucaqlaya, səsini eşidə biləydim. Amma bilirəm ki, Allahın hökmü qarşısında hər birimiz acizik. Əziz qardaşım, Allah sənə sonsuz rəhmət eləsin. Günahlarını bağışlasın, qəbrini nurla doldursun, məkanını cənnətin ən gözəl guşələrindən etsin. Rəbbim səni Öz mərhəməti ilə əhatə etsin”.

Mənbə axar.az

Oxşar Xəbərlər