Cəmiyyət
Sakinlərin NƏZƏRİNƏ: Bakının bir sıra ərazilərində qaz olmayacaq
İyulun 22-də Bakının Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 08:00-dan işlər başa çatanadək Qaradağ rayonunun Səngəçal, Umbakı və Əzimkənd qəsəbələrinin, Yol evləri və Bağ evləri yaşayış massivlərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mənbə
oxu.az