Digər
Avropada qaz yenə bahalaşdı
Avropada qaz qiymətləri gündüz ticarəti zamanı 1,5% artaraq min kubmetr üçün 705 dollara çatıb.
Axar.az bu barədə London ICE birjasının məlumatlarına istinadən xəbər verir.
TTF indeksində (Avropanın ən böyük paylama mərkəzi) avqust fyuçersləri 689,4 dollardan (-0,7%) açılıb. Daha sonra bu rəqəm 704,7 dollara çatıb.
Avropada qaz qiymətləri ABŞ və İsrailin İrana hücumlarından sonra ticarətin ilk günündə, 2 martda artmağa başlayıb.
Mənbə
axar.az