Digər

Paşinyan Ermənistanı kiçik quşla müqayisə etdi - Video

22 Jul 2026, 00:51 1 baxış
Paşinyan Ermənistanı kiçik quşla müqayisə etdi - Video

Ermənistanın Baş naziri Nikol Paşinyan pəncərəyə çırpılan quşun videosunu paylaşaraq onu ölkəsi ilə müqayisə etməyə çalışıb.


Axar.az-ın məlumatına görə, Paşinyan tarixin gedişatını dəyişdirmək üçün köhnə məntiqdən imtina edib fərqli bir yol seçmək lazım olduğunu iddia edib.


"Bu kiçik quş içəri uçdu və yeddi-səkkiz saatdır ki, şüşəyə çırpılaraq qaçmağa çalışır, çünki qarşıda açıq məkan görür. Və aydındır ki, şüşəyə nə qədər çırpılsa da, məlum səbəblərdən qaça bilməyəcək. Bu arada, onun küçəyə uça biləcəyi açıq bir qapı var. Kiçik quşumuz üçün yeganə yol şüşəyə daim çırpılmaq məntiqindən imtina edib fərqli bir yol seçməkdir. Və tariximiz haqqında bilməli olduğumuz şey budur", - deyə Paşinyan "Tarix dərslərində gözlənilməz paralellər" başlıqlı videoda qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər