Digər

Zelenski Fedorova yeni vəzifə təklif etdi

22 Jul 2026, 00:39 2 baxış
Zelenski Fedorova yeni vəzifə təklif etdi

Mixayl Fedorovun müdafiə naziri vəzifəsindən istefası ilə bağlı etirazlar fonunda Prezident Vladimir Zelenski ona hökumətdə yeni vəzifə təklif etdiyini açıqlayıb.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna lideri Teleqram kanalında paylaşım edib.


“Bu gün Mixayl Fedorovla görüşüm oldu. Mixayla dövlətimizin texnoloji komponentini birləşdirməyə və onun inkişafını təmin etməyə imkan verəcək layiqli vəzifə təklif etdim", - deyə Zelenski bildirib.


Zelenski Fedorovun təklifi qəbul edib-etmədiyini açıqlamayıb.


Qeyd edək ki, bir neçə gün öncə M.Fedorov müdafiə naziri vəzifəsindən istefa verib.

Mənbə axar.az

Oxşar Xəbərlər