Digər
Arakçıdan fransalı həmkarına kəskin etiraz...
Fransa xarici işlər naziri Jan-Noel Barro və iranlı həmkarı Abbas Arakçı arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, söhbət zamanı Arakçı Tehrandakı iki fransız diplomatın diplomatik normalara zidd olan hərəkətləri ilə bağlı etirazını bildirib.
O, bu cür davranışın qəbuledilməz olduğunu deyib və vurğulayıb ki, ölkənin qanun və qaydalarına riayət olunmalıdır.
Arakçı bu kimi hərəkətlərin təkrarlanmasının qarşısını almağa və Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməsinə çağırıb.
Qeyd edək ki, Fransa XİN rəhbəri İrandakı səfirliyin 2 əməkdaşının bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən qısa müddətə saxlanılmasını və dindirilməsini kəskin pisləmişdi.
Mənbə
axar.az