Digər

İsrail nəhəng bənd tikir, Qəzzanı iki yerə bölür

21 Jul 2026, 22:34 1 baxış
İsrail nəhəng bənd tikir, Qəzzanı iki yerə bölür

İsrail ordusu Qəzza zolağında əsgərləri və anklavın yaxınlığındakı İsrail yaşayış məntəqələrini hücumlardan qorumaq üçün torpaq bənd tikir.


Axar.az-ın məlumatına görə, AP bu barədə peyk görüntülərinə istinadən məlumat yayıb.


Bu görüntülərə görə, İsrail ordusu nəzarət etdikləri ərazinin 50%-dən çoxunu Qəzzanın qalan hissəsindən ayıracaq nəhəng torpaq bənd tikir. Son bir neçə ay ərzində dağıdılmış yaşayış məntəqələrindən keçən 23 kilometrdən çox bənd tikilib; bu, 40 kilometrlik anklavın uzunluğunun yarısından çoxdur.


Bənd boyunca kəşfiyyat avadanlıqlarının da daxil olduğu təhlükəsizlik zonası yaradılır. Lakin hərbi mənbələr istehkamların nə qədər uzanacağını dəqiqləşdirməkdən imtina ediblər.

Mənbə axar.az

Oxşar Xəbərlər