Digər
Küveyt İrana nota verdi
Hörmüz boğazında Küveyt tankerinə hücumdan sonra İranın bu ölkədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Axar.az xəbər verir ki, bu barədə Küveyt XİN-in məlumatında deyilir.
Səfirə etiraz notasının təqdim edildiyi bildirilib.
Küveyt hakimiyyəti hücumun gəminin heyət üzvlərinin xəsarət almasına səbəb olduğunu və beynəlxalq gəmiçilik üçün təhlükə yaratdığını qeyd edib.
Mənbə
axar.az