Dünya
Moldova parlamenti yeni hökuməti təsdiqlədi
Moldova parlamenti Baş nazir Vasile Tofanın başçılıq etdiyi yeni hökuməti təsdiqləyib. Oxu.Az bu barədə "Newsmaker" nəşrinə istinadən xəbər verir. Parlamentin plenar iclasında çıxış edən Tofan qeyd edib ki, yeni hökumətin beş prioritet istiqaməti olacaq: iqtisadi inkişaf, ölkənin modernləşdirilməsi üçün Avropa İttifaqına daxilolma prosesindən istifadə, dövlət sisteminin optimallaşdırılması, təhlükəsizliyin möhkəmləndirilməsi və vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması. İyulun 11-də Prezident Maya Sandu sahibkar Vasile Tofanın namizədliyini baş nazir postuna irəli sürmüşdü. Tofan baş nazir vəzifəsində istefa vermiş Aleksandr Muntyanununu əvəzləyəcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər