Dünya

Fransada 15 yaşınadək uşaqlar sosial şəbəkələrdən istifadə edə bilməyəcəklər - Qanun qüvvəyə minir

21 Jul 2026, 23:48 2 baxış
Fransada 15 yaşınadək uşaqlar sosial şəbəkələrdən istifadə edə bilməyəcəklər - Qanun qüvvəyə minir
Fransada yetkinlik yaşına çatmayanların sosial platformalardan istifadəsini məhdudlaşdıran qanun sentyabrın 1-dən qüvvəyə minəcək. Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, sənədin imzalandığını respublika Prezidenti Emmanuel Makron bəyan edib. Söhbət 15 yaşınadək uşaqlardan gedir. Makronun sözlərinə görə, artıq parlamentarilər təşəbbüsü təsdiqləyiblər və geriyə yalnız Konstitusiya Şurasının qərarı qalır, bundan sonra isə uşaqların rəqəmsal mühitdə qorunması üçün konkret addımlar atılacaq. Sənəd hər iki palatanın - Milli Assambleya və Senatın dəstəyini qazanıb. Platformalar üçün əsas tələb yaşın yoxlanılması alətlərinin məcburi tətbiqidir. Resurs sahibləri 15 yaşdan kiçik şəxslərin şəbəkədəki varlığını tamamilə istisna etmək üçün onların səhifələrini silməli olacaqlar. Yeniliklər daha böyük yaşda olan istifadəçilərə də şamil ediləcək. 15-dən 18 yaşa qədər olan yeniyetmələr üçün internet resurslarında qalma müddətini məhdudlaşdıran "rəqəmsal komendant saatı" tətbiq olunur. İcra mərhələli şəkildə həyata keçiriləcək. Qanun qüvvəyə mindikdən dərhal sonra göstərilən yaş qrupu üçün yeni profillərin qeydiyyatı dayandırılacaq. Mövcud hesabların ləğvi isə 2027-ci il yanvarın 1-dək planlaşdırılır. Fransa virtual platformalar üçün bu dərəcədə sərt yaş şərtini tətbiq edən ilk Avropa ölkəsi olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər