Britaniya elektron viza sisteminə keçir
Böyük Britaniya iyul ayından etibarən tamamilə elektron vizalara keçib, onlar artıq vərəq formasında pasportlara əlavə edilməyəcək.
Axar.az xəbər verir ki, bu barədə Britaniyanın Moskvadakı səfirliyinin məlumatında deyilir.
"2026-cı ilin iyul ayından etibarən yeni müraciət edənlərə viza-vinyetlərin verilməsi dayandırılacaq. Əvvəllər vərəq formasında olan və müddəti bitməmiş viza-vinyetlər bitmə tarixinə qədər səyahət üçün qəbul ediləcək. Buna görə də Böyük Britaniyanın rəqəmsal immiqrasiya statusunun təsdiqlənməsi sisteminə keçidinin başa çatması ilə əlaqədar olaraq, viza-vinyetlər artıq verilməyəcək", - deyə sənəddə bildirilir.
Qeyd olunur ki, yeni viza ərizəsi təqdim edən bütün digər səyahətçilərə elektron viza (eVisa) veriləcək.