Dünya

Tramp İranın yeni nüvə obyektinə zərbə endiriləcəyini bildirib

21 Jul 2026, 22:48 2 baxış
Tramp İranın yeni nüvə obyektinə zərbə endiriləcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp livanlı həmkarı Jozef Aun ilə görüşü zamanı jurnalistlərə bəyan edib ki, ABŞ İranın nüvə silahı hazırlamaq üçün istifadə etdiyi ehtimal olunan obyektə həlledici zərbə endirəcək. Oxu.Az bu barədə RBC-yə istinadən xəbər verir. "Biz bu obyektə zərbə endirəcəyik. Nüvə silahı haqqında düşündükləri hər bir obyektə çox güclü zərbə endirəcəyik", - deyə o qeyd edib. Tramp vurğulayıb ki, sentrifuqalar lazımi material olmadan heç bir məna kəsb etmir: "Onlarda isə bu material yoxdur. Biz bu materialın hərəkətini izləyirik. Bütün fəallıq məhz orada cəmlənib və çox güman ki, tezliklə biz həmin əraziyə güclü zərbə endirəcəyik". Tramp "The Wall Street Journal" nəşrinin İsrailin ABŞ-yə ötürdüyü kəşfiyyat məlumatlarına dair məqaləsini bu şəkildə şərh edib. Həmin məlumatlara görə, İran keçən payız sentrifuqaları Kolanq-Qaz-La dağındakı tunellərə (ABŞ və İsrail bu obyekti "Pikaks" kod adı ilə adlandırır) köçürüb. Dağ Tehrandan 220 km cənubda və Natanzdakı nüvə obyektindən 2 km aralıda yerləşir. Natanzdakı obyekt ABŞ və İsrailin fevralın 28-də başladığı müharibə zamanı, eləcə də keçənilki 12 günlük müharibə əsnasında bombardmana məruz qalmışdı. Tramp İran rəsmiləri ilə silahlı münaqişənin tənzimlənməsi üzrə danışıqları bərpa etməkdə məna görmədiyini də bəyan edib: "Onlar konstruktiv görüş keçirməyə hazır olana qədər biz bunda maraqlı deyilik".
Mənbə oxu.az

Oxşar Xəbərlər