Digər
1609-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1609-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 673 təyyarəsi, 284 helikopteri, 186 190 PUA-sı, 667 zenit-raket kompleksi, 30 239 tank və digər zirehli texnikası, 1 762 reaktiv yaylım atəş sistemi, 35 842 artilleriya və minaatanı, 67 057 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az