Digər
Ukraynalı aktyor müharibədə öldü
Ukraynalı aktyor və rejissor Yevgeni Buşmakin Rusiya-Ukrayna müharibəsidə həlak olub.
Axar.az xəbər verir ki, bu barədə "Obozrevatel" nəşri məlumat verib.
Bildirilib ki, Buşmakin cəbhəyə göndərildikdən sonra birbaşa hücum briqadasının tərkibində döyüşüb.
Qeyd edək ki, Buşmakin 28 may 1981-ci ildə Poltavada anadan olub. 2005-ci ildə Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. Aktyor, rejissor və müəllim kimi çalışıb. "Çılğın toy", "Zamanımın Qəhrəmanı" və digər filmlərdəki rolları ilə tanınıb.
Mənbə
axar.az