Cəmiyyət
Qarabağ kanalında batan şəxsin MEYİTİ TAPILDI
Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində batan 59 yaşlı kişinin meyiti tapılıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 17 iyul 2026-cı il tarixində Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində batan 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən təxminən 40 km aralı, Qarabağ kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mənbə
oxu.az