Digər
Tramp Messi ilə “həyatını” dəyişmək istəyir
ABŞ Prezidenti Donald Tramp iki futbolçu ilə yerlərini dəyişmək istədiyini etiraf edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
O, argentinalı Lionel Messi və portuqaliyalı Kristiano Ronaldonu bütün zamanların ən böyük oyunçuları adlandırıb:
“Mən həmişə Ronaldo və Messini bəyənmişəm. Məncə, onların çox yaxşı həyatı var. Onların həyatı mənimkindən daha asandır. Bir aylığına böyük məmnuniyyətlə yerlərimizi dəyişərdim”.
Mənbə
axar.az