Cəmiyyət

Qabiliyyət imtahanı: Ən yüksək və ən aşağı nəticə göstərən ixtisaslar

21 Jul 2026, 15:00 3 baxış
Qabiliyyət imtahanı: Ən yüksək və ən aşağı nəticə göstərən ixtisaslar
Magistraturaya qəbul üzrə qabiliyyət imtahanlarının nəticələri ixtisaslar üzrə maraqlı statistikanı ortaya qoyub. Bəzi istiqamətlərdə bütün namizədlər məqbul nəticə göstərdiyi halda, bir sıra ixtisaslarda uğursuzluq faizi yüksək olub. Oxu.Az Modern.az-a istinadla xəbər verir ki, ən yüksək nəticə Xalq çalğı alətləri ifaçılığı (musiqi alətləri üzrə) ixtisaslaşmasında qeydə alınıb. Bu istiqamətdə imtahan verən 24 nəfərin 10-u maksimum - 10 bal, 11-i isə 9 bal toplayıb və bütün iştirakçılar məqbul nəticə əldə ediblər. Tam uğur əldə olunan digər ixtisaslar sırasında instrumental ifaçılığın müxtəlif istiqamətləri, akademik vokal, aşıq sənəti, populyar musiqi və caz ifaçılığı, aktyor sənəti, kino rejissorluğu, dekorativ sənətin əksər istiqamətləri, rəngkarlıq və qrafika da yer alır. Bu proqramlarda imtahanda iştirak edənlərin hamısı məqbul nəticə göstərib. Ən çox uğursuz nəticə isə Qrafik dizayn ixtisaslaşmasında qeydə alınıb. Bu istiqamətdə 15 nəfərdən cəmi 9-u məqbul qiymət alıb, 6 nəfər isə imtahandan keçə bilməyib. Beləliklə, uğursuz nəticələrin sayına görə ilk sırada bu proqram qərarlaşıb. Bundan başqa, İnteryer və landşaft dizaynı üzrə 7 namizəddən 4-ü məqbul, 3-ü qeyri-məqbul nəticə göstərib. Xanəndə sənəti üzrə 19 iştirakçıdan 17-si keçid balı topladığı halda, 2 nəfər uğursuz olub. Milli vokal (6819) proqramında isə imtahana qatılan hər iki namizəd qeyri-məqbul qiymət alıb. Sənaye dizaynı istiqamətində də yeganə iştirakçı imtahandan keçə bilməyib. Jurnalistika ixtisaslaşması üzrə isə 31 nəfərdən 30-u məqbul nəticə göstərib, yalnız 1 nəfər qeyri-məqbul qiymət alıb. Bu göstərici jurnalistika proqramının ən yüksək müvəffəqiyyət faizi olan ixtisaslardan biri olduğunu göstərir.
Mənbə oxu.az

Oxşar Xəbərlər