Cəmiyyət
Baş Prokurorluq da işə qarışdı - Araşdırma aparılır
Bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Vital Hospital”la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, sosial şəbəkədə "Vital Hospital"da ölü dölün zirzəmiyə atılması barədə məlumatlar yayılıb.
Mənbə
axar.az