Digər
FTB direktoru Rusiyaya səfər edəcək
ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kaş Patel oktyabr ayında Rusiyaya səfər etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” Amerika mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Patel 14-15 oktyabr tarixlərinə səfər planlaşdırır.
“O, Moskva və Sankt-Peterburqa səfər etmək niyyətindədir. Səfərin məqsədi rusiyalı həmkarları ilə əlaqələr qurmaqdır”, - nəşr qeyd edib.
Mənbə
axar.az