Digər

BƏƏ sahillərində gəmi hücuma məruz qaldı

21 Jul 2026, 00:27 38 baxış
BƏƏ sahillərində gəmi hücuma məruz qaldı

BƏƏ sahillərində naməlum gəmi zərbə nəticəsində idarəetməni itirib.


Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatında deyilir.


"UKMTO, BƏƏ-nin Dibba şəhərindən 17 dəniz mili şərqdə baş verən hadisə barədə məlumat alıb. Gəminin kapitanı gəminin naməlum mərmi ilə vurulduğunu və sükan sisteminə zərər verdiyini bildirib. Bütün heyət üzvlərinin təhlükəsiz olduğuna inanılır. Ətraf mühitə təsir barədə heç bir məlumat verilməyib", - əməliyyat mərkəzi bildirib.


Gəminin növü və heyət üzvlərinin sayı dəqiqləşdirilməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər