Digər

Fransız diplomatlar İranda saxlanıldı: Parisdən kəskin reaksiya...

20 Jul 2026, 23:05 19 baxış
Fransız diplomatlar İranda saxlanıldı: Parisdən kəskin reaksiya...

Fransa İrandakı səfirliyinin 2 əməkdaşının bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən qısa müddətə saxlanılmasını və dindirilməsini kəskin pisləyib.


Axar.az xəbər verir ki, rəsmi Paris bu hadisəni diplomatik toxunulmazlığın ciddi pozulması kimi qiymətləndirib.


Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, səfirliyin 2 əməkdaşı bazar günü axşam heç bir əsas göstərilmədən bir neçə saat saxlanılıb və dindirilib:


“Onlardan biri saxlanılarkən fiziki təzyiqə də məruz qalıb. Daha sonra hər iki diplomat səfirliyə qayıdıb və hazırda təhlükəsiz şəraitdədir. Onların yaxın saatlarda Fransaya qayıtması gözlənilir”.


Nazir qeyd edib ki, insident xüsusilə narahatedicidir, çünki həmin diplomatlar Fransanın İranın vətəndaş cəmiyyətinə, o cümlədən iranlı alim və sənətçilərə dəstək proqramlarına cavabdehdirlər.


Barro hadisəni “son dərəcə ciddi qorxutma cəhdi” adlandıraraq, İran tərəfinə bunun qəbuledilməz olduğunu və nəticəsiz qalmayacağını çatdırdığını bildirib. Bununla belə, Parisin hansı cavab tədbirlərini görəcəyi barədə hələlik məlumat verilməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər