Dünya

Hindistanda torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 19 nəfər ölüb - VİDEO

19 Jul 2026, 22:24 4 baxış
Hindistanda torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 19 nəfər ölüb - VİDEO
Hindistanın şimalında güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 19 nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, ölkənin ittifaq ərazisi olan Cammu və Kəşmirdə təbii fəlakət nəticəsində 11 nəfər dünyasını dəyişib. Güclü leysan yağışları sərhədyanı Poonç və Racuri rayonlarında genişmiqyaslı torpaq sürüşmələrinə və daşqınlara səbəb olub. Hazırda bir neçə nəfərin itkin düşdüyü bildirilir, axtarış-xilasetmə əməliyyatları davam edir. Çayların məcrasından çıxması nəticəsində aran əraziləri su altında qalıb. Poonç şəhərində onlarla avtomobili sel aparıb, bir çox nəqliyyat vasitəsi hələ də suyun altında qalıb. Naqaland ştatında isə torpaq sürüşməsi daha ağır faciəyə yol açıb. İlkin məlumata görə, təbii fəlakət nəticəsində uşaqlar da daxil olmaqla səkkiz nəfər həlak olub. Dağıntılar altından dörd nəfərin cəsədi çıxarılıb, digərlərinin axtarışı davam etdirilir. Sürüşmə nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb. Hindistan Meteorologiya Xidmətinin proqnozuna görə, ölkənin şimal rayonlarında leysan yağışları ən azı iyulun 23-dək davam edəcək. Hakimiyyət orqanları sakinləri təhlükəsizlik qaydalarına riayət etməyə və ehtiyatlı olmağa çağırıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər