Dünya

Danimarkalı ulduzdan acı xəbər: Vingeqor "Tur de Frans"a vida etdi

19 Jul 2026, 20:48 3 baxış
Danimarkalı ulduzdan acı xəbər: Vingeqor "Tur de Frans"a vida etdi
"Tur de Frans" yol velosipedi yarışının ikiqat qalibi, danimarkalı Yonas Vingeqor aldığı zədə səbəbindən yarışda mübarizəni dayandırıb. Oxu.Az xəbər verir ki, hadisə yarışın 15-ci mərhələsində baş verib. Qeyd edək ki, Vingeqor 14-cü mərhələdən sonra ümumi sıralamada ikinci pillədə qərarlaşmışdı. 29 yaşlı Vingeqor 2022 və 2023-cü illərdə "Tur de Frans"ın ümumi təsnifatının qalibi olub. Danimarkalı idmançı, həmçinin 2025-ci ildə "İspaniya Vuelta"sının, 2026-cı ildə isə "İtaliya Cirosu"nun qalibi adını qazanıb. Xatırladaq ki, 21 mərhələdən ibarət olan "Tur de Frans" iyulun 26-da başa çatacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər