Dünya

Antonelli "Formula-1" üzrə Belçika Qran-prisinin qalibi oldu

19 Jul 2026, 19:48 4 baxış
Antonelli "Formula-1" üzrə Belçika Qran-prisinin qalibi oldu
2026-cı il Formula-1 dünya çempionatının 10-cu mərhələsi olan Belçika Qran-prisi maraqlı idman mübarizəsi ilə yadda qalıb. Oxu.Az xəbər verir ki, "Mercedes" komandasının gənc italiyalı pilotu Kimi Antonelli yarışın qalibi olub. İkinci yeri "Ferrari"nin monakolu pilotu Şarl Lekler, üçüncü yeri isə "Red Bull"un niderlandlı sürücüsü Maks Ferstappen tutub. Bu qələbə ilə 19 yaşlı Antonelli cari mövsümdəki uğurlarının sayını 6-ya çatdırıb. O, ümumi pilotlar sıralamasında 204 xalla liderliyini inamla qoruyur. Belçikadakı yarışda dördüncü olan yeddiqat dünya çempionu Lüis Hemilton (159 xal) isə "Ferrari"nin heyətində ikinci pilləyə yüksəlib. İlk üçlüyü 154 xalla digər britaniyalı Corc Rassell tamamlayır. Qeyd edək ki, Rassell bu dəfə qəza səbəbindən yarışı başa vura bilməyib. Konstruktorlar Kubokunda 358 xalla "Mercedes" komandası liderdir. İlk üçlükdə həmçinin "Ferrari" (285 xal) və "McLaren" (195 xal) qərarlaşıb. Qeyd edək ki, mövsümün növbəti mərhələsi iyulun 24-26-da Macarıstanda keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər