Digər

Xamenei belə öldürülüb – Arakçı açıqladı

19 Jul 2026, 17:23 18 baxış
Xamenei belə öldürülüb – Arakçı açıqladı

Hörmüz boğazı niyə elə ilk gündən bağlanmışdı? Çünki əvvəlcədən planlaşdırılmışdı ki, ali rəhbər hədəfə alınacağı təqdirdə, Hörmüz boğazı dərhal bağlansın.


Axar.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Arakçı İranın mərhum ali lideri Əli Xameneinin öldürülməsi ilə bağlı deyib.


“Düşmən bu görüşlərin keçirildiyindən xəbərdar idi və bu, təhlükəsizlik sızmasının mövcudluğunu göstərir. Bu sızma, ehtimal ki, hələ də tam aradan qaldırılmayıb və araşdırılmalıdır. Təhlükəsizlik xidmətləri məsələ ilə bağlı araşdırma aparır.


Fikrimcə, onlar çox yaxşı bilirdilər ki, ali rəhbər hər səhər öz ofisində olur və bu da həmin məkanı asan müəyyən edilə bilən hədəfə çevirirdi. Lakin onlar eyni zamanda hərbi komandirlərin qonşu binada, yaxud bir-iki bina aralıda toplantı keçirdiyini də öyrənmişdilər. Məhz buna görə hücum üçün həmin vaxtı seçdilər”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər