Digər
Ukraynaya dəstəyin azaldılmasını istəyənlər... - Polşa
Ukraynaya dəstəyin azaldılmasını tələb edənlər reallıqdan xəbərsizdirlər.
Axar.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.
“Rusiya Ukraynaya işğal başlayandan bəri ən güclü ballistik və qanadlı raket zərbəsini endirib və kütləvi hərbi səfərbərliyə hazırlıqların siqnalını verir.
Buna görə də Rusiya raketlərinin Polşa ərazisinə heç vaxt çatmaması və təhlükəsizliyimizin təhdid edilməməsi üçün əlimizdən gələni edirik”, - nazir bildirib.
Mənbə
axar.az