Digər

İordaniyada hava limanı təxliyə edilir – Təhlükə

19 Jul 2026, 14:59 15 baxış
İordaniyada hava limanı təxliyə edilir – Təhlükə

Qırmızı dəniz sahilindəki kurort şəhəri Aqabada yerləşən Kral Hüseyn Beynəlxalq Hava Limanı və dəniz limanı təhlükə səbəbindən təxliyə edilir.


Axar.az xəbər verir ki, bu barədə İordaniyadakı ABŞ səfirliyi məlumat yayıb.


Səfirlik ABŞ vətəndaşlarına hər iki obyektə səfər etməmələri, həmçinin İordaniyadakı hərbi bazalara getməkdən çəkinmələri barədə xəbərdarlıq edib.


Qeyd edək ki, cümə günü İranın İordaniyadakı ABŞ hərbi bazasına endirdiyi zərbə nəticəsində iki amerikalı hərbçi həlak olub, bir hərbçi isə hələ də itkin düşmüş hesab olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər