Dünya

ÜST xərçəng xəstəliyindən qorunmağın effektiv üsullarını açıqladı

19 Jul 2026, 03:32 3 baxış
ÜST xərçəng xəstəliyindən qorunmağın effektiv üsullarını açıqladı
Spirtli içkilərdən və tütün məmulatlarından imtina onkoloji xəstəliklərin profilaktikasında ən effektiv üsullardan biridir. Oxu.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya nümayəndəliyindən RİA Novosti-yə məlumat verilib. Təşkilatın məlumatına görə, ən təsirli yanaşma HPV və hepatit B-yə qarşı vaksinlərin tətbiqi ilə xərçəngə səbəb olan infeksiyalardan qorunmaq, həmçinin erkən diaqnostikanı əhatə edən kompleks tədbirlər görməkdir. Bundan əlavə, ÜST ətraf mühitdəki və peşəkar fəaliyyət zamanı rast gəlinən kanserogen maddələrin təsir səviyyəsinin aşağı salınmasının da bu ağır xəstəliyin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını xatırladıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər