Dünya

Dünya çempionatının finalı öncəsi təşviş: Matç təxirə salınacaq?

19 Jul 2026, 01:24 2 baxış
Dünya çempionatının finalı öncəsi təşviş: Matç təxirə salınacaq?
Nyu-Cersidə 2026-cı il dünya çempionatının final matçının keçiriləcəyi stadionun ərazisini tüstü bürüyüb. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Bildirilib ki, buna səbəb Kanadada davam edən meşə yanğınlarının tüstüsünün bölgəyə çatmasıdır. Stadionun yaxınlığında havanın keyfiyyəti indeksi "sağlamlıq üçün zərərli" səviyyəyə yüksəlib. Meteoroloqlar yaxınlaşan tufandan sonra tüstünün dağılacağını proqnozlaşdırırlar. FIFA hələlik matçın təxirə salınması və ya ləğvi ilə bağlı heç bir rəsmi məlumat yaymayıb. "Bloomberg"in məlumatına görə, təşkilat oyunun planlaşdırıldığı kimi baş tutacağını gözləyir.
Mənbə oxu.az

Oxşar Xəbərlər