Digər

ABŞ-dan Səudiyyəyə "yaşıl işıq": İlkin razılaşma...

19 Jul 2026, 01:34 3 baxış
ABŞ-dan Səudiyyəyə "yaşıl işıq": İlkin razılaşma...

Donald Tramp administrasiyası Səudiyyə Ərəbistanı ilə uranın məhdud zənginləşdirilməsinə icazə verilməsini nəzərdə tutan ilkin razılaşma əldə edib.


Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.


Telekanalın iddiasına görə, tərəflər arasında danışıqlar 2025-ci ilin oktyabrında başa çatsa da, ABŞ-nin Ər-Riyadın mülki nüvə proqramına dəstəyini nəzərdə tutan saziş layihəsi Trampın imzasını gözləyir.


Ekspertlər bildirirlər ki, sərt nəzarət tətbiq olunmazsa, razılaşma Səudiyyə Ərəbistanının nüvə silahı inkişaf etdirməsinə potensial yol aça bilər.

Mənbə axar.az

Oxşar Xəbərlər