Cəmiyyət

Müəyyən olunmuş temperaturda iş dayandırılmalıdır - Qanun nə deyir? - VİDEO

19 Jul 2026, 05:00 3 baxış
Müəyyən olunmuş temperaturda iş dayandırılmalıdır - Qanun nə deyir? - VİDEO
Yay fəslinin əsas xüsusiyyətlərindən biri havanın isti keçməsidir. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu isti havalarda işin dayandırılması ilə bağlıdır. Hansı havalarda iş dayandırılmalıdır?

Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır. Eyni qayda isti havalar üçün də keçərlidir. Havanın temperaturu 41°C-dən yüksək olduqda, açıq havada və ya qapalı, lakin isidilməyən (və ya sərinlədilməyən) yerlərdə işləyən işçilərə qanunla müəyyən edilmiş qaydada fasilələr verilir və ya iş dayandırılır. Qeyd olunmalıdır ki, fasilələr iş vaxtına daxil edilir və həmin müddət üçün əməkhaqqı işçilərin tarif maaşına uyğun olaraq ödənilir. Əgər temperatur norması səbəbindən iş tamamilə dayandırılarsa, bu, işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi qiymətləndirilir. Belə hallarda boşdayanma vaxtının haqqı işçinin tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər