Maraqlı

Spirtli içkilərin yaratdığı ruhi xəstəliklər və psixoloji fəsadlar - Mütəxəssis rəyi

19 Jul 2026, 04:34 3 baxış
Spirtli içkilərin yaratdığı ruhi xəstəliklər və psixoloji fəsadlar - Mütəxəssis rəyi
Müntəzəm şəkildə spirtli içki qəbul etmək insan psixikasında ciddi fəsadlar yaradır. Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı həkim-narkoloq Rafael Xakimzanov Lenta.ru-ya müsahibəsində bildirib. Mütəxəssisin sözlərinə görə, alkoqol müxtəlif ruhi xəstəliklərin yaranma ehtimalını artırır: "İnsanlar adətən stresi azaltmaq və ya problemləri unutmaq üçün içməyə başlayırlar. Lakin spirtli içkilər neyromediatorların tarazlığını pozaraq depressiyanın yaranmasına və ya mövcud əlamətlərin şiddətlənməsinə gətirib çıxarır. Nəticədə təşviş, vəsvəsəli fikirlər və səbəbsiz qorxu hissləri meydana gəlir. İnsan qapalı bir dairəyə düşür: nə qədər çox içirsə, vəziyyəti bir o qədər pisləşir və yenidən içmək istəyi daha da güclənir". Bununla yanaşı, həkim psixika üçün ən ağır fəsadın alkoqol psixozu olduğunu vurğulayıb. O xəbərdarlıq edib ki, bu hal qavrayışın dəyişməsi, şüurun bulanıqlaşması, qarabasma, sayıqlama və paranoya ilə müşayiət olunur. Narkoloq qeyd edir ki, spirtli içkilərin mütəmadi istifadəsi, eyni zamanda, insanın xarakterində və mənəvi dəyərlərində baş verən dəyişikliklərlə müşahidə olunan şəxsiyyət deqradasiyasına da yol açır.
Mənbə oxu.az

Oxşar Xəbərlər