Digər
Hindistanda güclü partlayış: 8 ölü, 15 yaralı
Hindistanın Qucarat ştatının Əhmədabad şəhərində qanunsuz fəaliyyət göstərən pirotexniki vasitələr istehsal edən fabrikdə partlayış olub.
Axar.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, güclü partlayış nəticəsində 8 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
Məlumata görə, hadisə yerində genişmiqyaslı dağıntılar baş verib. Xilasedicilər dağıntılar altında qalan insanları çıxarmaq üçün çalışırlar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Mənbə
axar.az