Digər
Moskva ilə bağlı xəbərdarlıq: 2 gün davam edəcək
Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 19-u və 20-də Moskvada havanın temperaturu 30 dərəcəyə çata bilər.
Nazirlik paytaxt sakinlərini və şəhərin qonaqlarını kölgədə qalmağa, təbii parçalardan hazırlanmış geyimlər və baş örtüklərindən istifadə etməyə və bol maye qəbul etməyə çağırıb.
Mənbə
axar.az