Digər

İran bütün öhdəliklərinin icrasını dayandırdı - Qəribabadi

18 Jul 2026, 16:48 19 baxış
İran bütün öhdəliklərinin icrasını dayandırdı - Qəribabadi

İran ABŞ-la əldə olunan anlaşma memorandumu çərçivəsində öhdəliklərinin icrasını dayandırıb.


Axar.az “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.


“ABŞ İslamabad anlaşma memorandumu çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri pozub və onları tamamilə dayandırıb. Biz də öz öhdəliklərimizin icrasını dayandırmışıq və hazırda onları yerinə yetirmirik. Hazırda əsas işimiz ölkənin müdafiəsidir”, - Qəribabadi əlavə edib.


Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər