Digər
İranın zərbəsi: Küveytdə bu obyektlər zədələndi
İranın hücumları nəticəsində Küveytdə elektrik stansiyası və su şirinləşdirici zavod zədələnib.
Axar.az Bakupost-a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin bəyanatında bildirilir.
Məlumata görə, zərbələrdən sonra ərazidə yanğın baş verib, həmçinin bir neçə enerji bloku ziyan görüb.
Nazirlikdən bildiriblər ki, yanğın nəzarətə götürülüb.
Vətəndaşlar elektrik enerjisinə qənaət etməyə çağırılıblar.
Mənbə
axar.az