Digər

Almaniya və Fransa HHQ-dən unikal əməliyyat - Foto

17 Jul 2026, 22:32 3 baxış
Almaniya və Fransa HHQ-dən unikal əməliyyat - Foto

16 iyulda Fransa Strateji Hərbi Hava Qüvvələri Komandanlığı və Almaniya Hərbi Hava Qüvvələri Fransanın çəkindirmə konsepsiyası ("dissuation avancée") çərçivəsində ilk birgə aviaəməliyyatı başa çatdırıblar. Əməliyyat nüvə silahlarının istifadəsini əhatə etməyib.


Axar.az xəbər verir ki, Saint-Dizye aviabazasından Fransanın 2 “Rafale” qırıcısı və Nörvenix aviazabasından Almaniyanın iki “Eurofighter” təyyarəsi qalxıb, "MRTT Phenix" yanacaqdaşıyan təyyarədən yanacaq doldurub.


Daha sonra qırıcılar bir sıra manevrlər ediblər və 17 iyulda Fransa-Almaniya Müdafiə və Təhlükəsizlik Şurasının yerləşdiyi Nörvenix bazasına birgə eniş ediblər.


Bu əməliyyat Prezident Emmanuel Makron və kansler Fridrix Merzin 2 mart 2026-cı il tarixli Birgə Bəyannaməsində razılaşdırdıqları ikitərəfli strateji əməkdaşlığın ilk əməli addımını təşkil edir.

Mənbə axar.az

Oxşar Xəbərlər