Kriminal

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

17 Jul 2026, 23:36 3 baxış
Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ağac budaqları avtomobilin üzərinə düşüb. Nəticədə maşınlara zərər dəyib. Oxu.Az Baku.ws-ə istinadla xəbər verir ki, hadisə Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb. Sakinlərin sözlərinə görə, əkilən ağaclara vaxtında qulluq edilmədiyindən ağaclar quruyur və qırılırlar. "Dəfələrlə belə hadisələr olub. Bu gün də ağacın qurumuş budaqları qırılıb və avtomobillərin üstünə düşüb. Maşınlara ziyan dəyib. Sığorta dəyən zərəri ödəmir. Heç kim də, məsuliyyəti öz üzərinə götürmür", - deyə şikayətçi bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər